...

Azərbaycanda "yol terroru" davam edir

Hadisə Materials 23 İyun 2012 10:40 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən şənbə günü Trend-ə bildiriblər ki, son bir gündə Azərbaycan ərazisində 15 yol qəzası baş verib, nəticədə 10 nəfər ölüb, 10-u isə xəsarət alıb
Azərbaycanda "yol terroru" davam edir

Azərbaycan, Bakı, 23 iyun /Trend/

Azərbaycanda "yol terroru" davam edir.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən şənbə günü Trend-ə bildiriblər ki, son bir gündə Azərbaycan ərazisində 15 yol qəzası baş verib, nəticədə 10 nəfər ölüb, 10-u isə xəsarət alıb.

Məlumata görə, ən ağır yol qəzası iyunun23-nə keçən gecə saat 03:30 radələrində Qazax rayonu ərazisində baş verib. Belə ki, "VAZ 2107" markalı minik avtomobili ilə "Ford" markalı yük maşınının toqquşması nəticəsində "VAZ 2107" markalı maşınının sürücüsü və iki sərnişini ölüb.

Dünən Bakının Xəzər, suraxanı və Nizami rayonları ərazilərində isə piyadaların ölümü ilə nəticələnən yol qəzaları da baş verib.

Xəbər lenti

Xəbər lenti