...

Bakıda avtomobillərə "qənim" kəsilmiş oğru yaxalanıb

Hadisə Materials 25 İyun 2012 11:20 (UTC +04:00)
Bakıda avtomobillərə qənim kəsilmiş oğru yaxalanıb.
Bakıda avtomobillərə "qənim" kəsilmiş oğru yaxalanıb

Azərbaycan, Bakı, 25 iyun /Trend, müxbir E.Mehdiyev/

Bakıda avtomobillərə qənim kəsilmiş oğru yaxalanıb.

Bakı şəhər Baş Polis İdarəsindən bazar ertəsi Trend-ə verilən məlumata görə, iyunun 23-də Cavadxan küçəsində Seymur Umudova məxsus "Mercedes" markalı avtomobildən şüşəni sındırmaq yolu ilə gün eynəyi oğurladığı üçün İmişli rayon sakini Sadiq Hümbətov Nəsimi RPİ PPXB və 19-cu PB-nin əməkdaşları tərəfindən tutulub.

Aparılan əməliyyat tədbirləri nəticəsində müəyyən edilib ki, o, iyunun 18-nə keçən gecə H.Əliyev küçəsində İman Əliyevə məxsus "Volksvagen Golf" markalı, Elçin Faruhova məxsus "Mercedes" markalı avtomobillərin şüşələrini sındırmaqla oğurluğa cəhd edib, elə həmin gün R.Məmmədov küçəsində Saleh Quliyevə məxsus "Opel" markalı avtomobildən 110 manat oğurlayıb, A.Məhərrəmov küçəsində Oqtay Fərəcova məxsus "Mercedes" markalı avtomobilin isə şüşəsini sındırıb və arxa dövlət nömrə nişanını oğurlayıb.

O cümlədən, iyunun 21-nə keçən gecə eyni üsulla R.Məmmədov küçəsində Eynulla Sadıqova məxsus "Volksvagen Jetta" markalı, 20 Yanvar küçəsində Mariya İsmayılovaya məxsus "Hyundai" markalı avtomobildən oğurluğa cəhd edib, R.Məmmədov küçəsində Vüqar Ağayevə və 20 Yanvar küçəsində Xalid Məmmədova məxsus "Mercedes" markalı avtomobillərdən 2 ədəd mobil telefon oğurlayıb.

Xəbər lenti

Xəbər lenti