...

Bakıda oğurluq edən şəxs avtobusun altında qalaraq ölüb

Hadisə Materials 27 İyun 2012 13:08 (UTC +04:00)
Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Qaradağ rayonu ərazisində, Lökbatan-Xocəsən yolunun kənarında Bakı şəhər sakini Natiq Səfərov qoyun otararkən naməlum şəxs qoyunlardan birini götürüb qaçdığından Natiq onu təqib etmişdir. Tutulacağını hiss etmiş həmin şəxs qoyunu atıb yolu keçərkən Babək rayon sakini Hümbət İbrahimovun idarə etdiyi "Otoyol" markalı avtobusla vurulmuş və aldığı xəsarətdən xəstəxanada ölmüşdür
Bakıda oğurluq edən şəxs avtobusun altında qalaraq ölüb

Azərbaycan, Bakı, 27 iyun /Trend/

Bakıda oğurluq edən şəxs avtobusun altında qalaraq ölüb.

Trend-in DİN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 26-da Qaradağ rayonu ərazisində, Lökbatan-Xocəsən yolunun kənarında Bakı şəhər sakini Natiq Səfərov qoyun otararkən naməlum şəxs qoyunlardan birini götürüb qaçdığından Natiq onu təqib etmişdir. Tutulacağını hiss etmiş həmin şəxs qoyunu atıb yolu keçərkən Babək rayon sakini Hümbət İbrahimovun idarə etdiyi "Otoyol" markalı avtobusla vurulmuş və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

Qaradağ RPİ tərəfindən ilkin yoxlama aparılır.

Xəbər lenti

Xəbər lenti