...

Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Hadisə Materials 14 İyul 2012 12:51 (UTC +04:00)
Bakının Qaradağ rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Bakıda sürücünün ölümü ilə nəticələnən ağır yol qəzası baş verib

Azərbaycan, Bakı, 14 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bakının Qaradağ rayonunda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend şənbə günü Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 13-də saat 23.40 radələrində Qaradağ rayonu ərazisində Bakı şəhər sakini Zaur Qurbanov idarə etdiyi "Opel" markalı avtomaşın aşıb. Nəticədə Z.Qurbanov hadisə yerində ölüb.

Onun xəsarət almış sərnişini- Yardımlı rayon sakini Emin Abdullayev isə xəstəxanaya yerləşdirilib.

Hazırda Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti