...

Bakıda avtobus qəza törədib, xəsarət alanlar var

Hadisə Materials 17 İyul 2012 14:06 (UTC +04:00)
Bakıda avtobus maneəyə çırpılıb, sürücü hadisə yerindən qaçıb.
Bakıda avtobus qəza törədib, xəsarət alanlar var

Azərbaycan, Bakı, 17 iyul /Trend müxbir K.Zərbalıyeva/

Bakıda avtobus maneəyə çırpılıb, sürücü hadisə yerindən qaçıb.

Trend-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, iyulun 16-da saat 11:20 radələrində Yasamal rayonu ərazisində 188 saylı xətt üzrə hərəkət edən avtobusu idarə edən şəxsiyyəti müəyyən edilməmiş sürücü, onu maneəyə vurub və hadisə yerindən qaçıb.

Nəticədə xəsarət almış sərnişinlər - Bakı şəhər sakinləri Səadət Səlimovaya, Kamil Səlimova, İlkin Qasımova, Leyla Yəhyayevaya, Seyranə Məmmədovaya, Elmira Həsənovaya, Gültəkin İsgəndərovaya və Beyləqan rayon sakini Məhbubə Nəcəfovaya xəstəxanada ilkin tibbi göstərildikdən sonra evə buraxılıblar.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti