...

Baş Prokurorluq Bakıda istirahət mərkəzində törədilmiş qətllə bağlı rəsmi məlumat yaydı

Hadisə Materials 18 İyul 2012 19:43 (UTC +04:00)
Baş Prokurorluq Bakıda "1001 gecə" istirahət mərkəzində törədilmiş qətllə bağlı rəsmi məlumat yayıb.
Baş Prokurorluq Bakıda istirahət mərkəzində törədilmiş qətllə bağlı rəsmi məlumat yaydı

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Baş Prokurorluq Bakıda "1001 gecə" istirahət mərkəzində törədilmiş qətllə bağlı rəsmi məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, iyulun 17-də saat 03:00 radələrində Səbail rayonu, Salyan yolu, 32 saylı ünvanda fəaliyyət göstərən "1001 gecə" istirahət mərkəzində naməlum şəxsin odlu silahdan açdığı atəş nəticəsində Xəzər rayon sakini Bayramov Ramal Abdulla oğlunun döş qəfəsindən və İmişli rayon sakini Mənsimov Səməd İbadət oğlunun isə qolundan aldığı güllə yarası ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilməsi və Ramal Bayramovun aldığı xəsarətdən ölməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş məlumat əsasında rayon prokuroluğunun əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertin iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilib. 3 ədəd 9 kalibrli giliz, 2 ədəd güllə, 1 ədəd cib bıçağı, qana bənzər ləkələr, meyitin bədənində 1 ədəd güllə aşkar edilərək götürülüb. Hadisə yeri, meyitin fotoşəkilləri çəkilməklə xarici müayinəsi aparılıb və ölümün səbəblərinin müəyyənləşdirilməsi məqsədilə məhkəmə-tibb ekspertizası təyin edilməklə digər zəruri hərəkətlər yerinə yetirilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 29, 120.2.7-ci (qəsdən adam öldürməyə cəhd) və 228.1-ci (qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Rayon prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində cinayətin Mirələmov Rəşad Əlirza oğlu tərəfindən törədildiyi müəyyən edilib və o, şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Həyata keçirilən tədbirlərlə cinayətdə istifadə edilmiş "Makarov" tipli tapança hadisə yerinin yaxınlığından tapılaraq maddi sübut kimi götürülüb.

Hazırda iş üzrə istintaq Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində davam etdirilir.

Xəbər lenti

Xəbər lenti