...

İranda yük qatarı relsdən çıxıb

Hadisə Materials 20 İyul 2012 11:36 (UTC +04:00)
İranda Tehrandan ölkəni cənub bölgəsinə hərəkət edən yük qatarı Qarun şəhərindən Bişə istiqamətinə gedərkən relsdən çıxıb və aşıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir
İranda yük qatarı relsdən çıxıb

Azərbaycan, Bakı, 20 iyul /Trend, müxbir T.Cəfərov/

İranda Tehrandan ölkəni cənub bölgəsinə hərəkət edən yük qatarı Qarun şəhərindən Bişə istiqamətinə gedərkən relsdən çıxıb və aşıb. Trend-in məlumatına görə, bu barədə İran televiziyasının rəsmi xəbər saytı məlumat verir.

Məlumata əsasən, hadisə bu gün səhər baş verib. Qatarın relsdən çıxması paytaxtdan ölkənin cənub istiqamətinə Tehran-Əhvaz, Tehran-Xorrəmşəhr və eləcə də Əhvaz-Tehran sərnişin qatarlarının hərəkəti dayandırılıb. Sərnişinlərə başqa nəqliyyat vasitələrindən istifadə etmək məsləhət görülüb.

Relsdən çıxmış qatarın nə yük daşıması və hadisə nəticəsində xəsarət alanlarla bağlı məlumat verilmir.

Xəbər lenti

Xəbər lenti