...

Bakının mərkəzində hündürlük məhdudiyyətinə riayət etməyən yük maşını körpüyə çırpılıb

Hadisə Materials 21 İyul 2012 13:15 (UTC +04:00)
Qəza nəticəsində yolda böyük tıxac yaranıb.
Bakının mərkəzində hündürlük məhdudiyyətinə riayət etməyən yük maşını körpüyə çırpılıb

Azərbaycan, Bakı, 21 iyul /Trend müxbir K.Zərbalıyeva/

Bakıda yük maşını dəmiryol körpüsünə çırpılıb.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, bir neçə saat öncə "28 May" küçəsində Kamaz markalı yük avtomobili hündürlük məhdudiyyətinə riayət etmədiyi üçün körpüyə çırpılıb.

Qəza nəticəsində yolda böyük tıxac yaranıb.

Xəbər lenti

Xəbər lenti