...

Azərbaycanda bir günün “yol terroru”: 2 ölü, 4 xəsarət

Hadisə Materials 22 İyul 2012 14:19 (UTC +04:00)
Azərbaycanda bazar günün “yol terroru”nda 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.
Azərbaycanda bir günün “yol terroru”: 2 ölü, 4 xəsarət

Azərbaycanda bir günün "yol terroru": 2 ölü, 4 xəsarət

Azərbaycan, Bakı, 22 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycanda bazar günün "yol terroru"nda 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Səbail rayonunda "Hyundai" markalı minik avtomobili yolun kənarındakı divara çırpılıb. Nəticədə, nəqliyyat vasitəsi deformasiyaya uğramış, avtomobilinin sürücüsü 1991-ci il təvəllüdlü İsmayılov Məhəmmədəli Elçin oğlu hadisə yerində vəfat edib. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış sürücünün cəsədini çıxarmış və aidiyyəti üzrə təhvil vermişlər.

Bundan başqa Bakı-Qazax yolunun 252-ci kilometrliyində Ucar rayonu ərazisində, 1953-cü il təvəllüdlü Qurbanov Elxan Əli oğluna məxsus "VAZ-2107" markalı minik avtomobili ilə 1985-ci il təvəllüdlü Əliyev Elçin Yaşar oğlu tərəfində idarə olunan "KAMAZ" markalı yük avtomobili toqquşmuşdur. Qəza nəticəsində minik avtomobilində olan 4 nəfər sərnişin müxtəlif bədən xəsarətləri ilə yanğınsöndürən-xilasedicilər hadisə yerinə çatana qədər təcili tibbi yardım tərəfindən rayon mərkəzi xəstəxanasına aparılmışlar.

Aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat etmiş sürücüsü E.Ə.Qurbanovun avtomobildə sıxılmış vəziyyətdə qalmış meyidi yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla çıxarılaraq aidiyyəti üzrə təhvil verilmişdir. Əməliyyat saat 08:44-də başa çatmışdır.
close

Xəbər lenti

Xəbər lenti