Azərbaycan, Bakı, 23 iyul /Trend/
Astarada dənizdə batmaq təhlükəsi ilə üzləşmiş şəxslər xilas olunublar.
Trend bazar ertəsi FHN-in rəsmi saytına istinadən məlumat verir ki, Astara rayonunda dənizdə ("Astara" sularda xilasetmə postunun ərazisində) batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri tərəfindən xilas olunub.