...

Gün ərzində İraqda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 100-ü keçib

Hadisə Materials 23 İyul 2012 19:16 (UTC +04:00)
Bu gün silahlıların İraqda həyata keçirdikləri çoxsaylı terror aktları və hücumları nəticəsində ölənlərin sayı 107-ə çatıb, 216 nəfər xəsarət alıb.
Gün ərzində İraqda baş vermiş terror aktları nəticəsində ölənlərin sayı 100-ü keçib

Azərbaycan, Bakı, 23 iyul /Trend/

Bu gün silahlıların İraqda həyata keçirdikləri çoxsaylı terror aktları və hücumları nəticəsində ölənlərin sayı 107-ə çatıb, 216 nəfər xəsarət alıb. Bu, son iki ildə İraqda baş vermiş ən qanlı hadisə olub. Bu barədə Trend bazar ertəsi "Frans Press" agentliyinə istinadən məlumat verir.

Bundan əvvəl məlumat verilirdi ki, 91 nəfər ölüb, 140-dən çox insan isə xəsarət alıb.

Müstəqil mənbələrin məlumatına görə, İraqın 18 şəhərində, o cümlədən Bağdad və ətrafda 27 terror aktı və hücum həyata keçirilib.

Əvvəl verilən məlumata əsasən, silahlılar Üdeym şəhərindəki hərbi bazaya hücum edərək 13 hərbçini öldürüblər. Silahlılar ölkənin paytaxtında inzibati binanın yaxınlığında partlayıcı qurğunu işə salıblar.

Taci şəhərində də bir neçə partlayışın qeydə alındığı bildirilir. Yaraqlılar bu şəhərdə bir neçə evi partladıblar. Hadisə yerinə polis və tibb işçiləri yaxınlaşan zaman terrorçu-intiharçı daha bir partlayıcı qurğunu işə salıb.

Kərkük şəhərində ən azı 4 minalanmış avtomobil partladılıb.

Hədəfində təhlükəsizlik qüvvələri və polis əməkdaşlarının olduğu bir neçə terror aktı isə Diyala əyalətində baş verib.

Xəbər lenti

Xəbər lenti