...

Bakıda yaşayış evində baş verən partlayışda xəsarət alan qadın ölüb

Hadisə Materials 26 İyul 2012 12:04 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş verib.
Bakıda yaşayış evində baş verən partlayışda xəsarət alan qadın ölüb

Azərbaycan, Bakı, 26 iyul / Trend müxbir K.Zərbalıyeva/

Bakıda yaşayış evində baş verən partlayışda xəsarət alan qadın ölüb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal rayonunda vətəndaşa məxsus ümumi sahəsi 75 kv.m olan birmərtəbəli üçotaqlı evin hamamında partlayış baş verib.

Nəticədə, 1 kv.m sahədə pəncərə çərçivəsi yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Ev sakini - 1971-ci il təvəllüdlü Səadət Mahir qızı İsgəndərova aldığı xəsarətlərdən xəstəxanada ölüb. İlkin ehtimala görə, partlayışa propan qaz balonunda yaranmış sızma səbəb olub.

Xəbər lenti

Xəbər lenti