...

İranın Xəzəryanı 4 şəhərində zəlzələ baş verib

Hadisə Materials 28 İyul 2012 09:46 (UTC +04:00)
İranın Mazandaran əyalətinin 4 şəhərində, o cümlədən Salmanşəhr, Nuşəhr, Çalus və Kilardəşt şəhərilərində Rixter cədvəli üzrə 3,4 bal gücündə iki zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat verir
İranın Xəzəryanı 4 şəhərində zəlzələ baş verib

Azərbaycan, Bakı, 28 iyul /Trend, müxbir T.Cəfərov/

İranın Mazandaran əyalətinin 4 şəhərində, o cümlədən Salmanşəhr, Nuşəhr, Çalus və Kilardəşt şəhərilərində Rixter cədvəli üzrə 3,4 bal gücündə iki zəlzələ baş verib. Bu barədə Trend İran televiziyasının rəsmi xəbər saytına istinadən məlumat verir.

Tehran Universitetinin Geofizika İnstitutu yanında Seysmoloji Mərkəz birinci zəlzələnin yerli vaxtla bu gecə saat 01:49-də, ikinci zəlzələnin saat 02:09-da baş verdiyini bildirib.

Zəlzələ nəticəsində dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

Xəbər lenti

Xəbər lenti