...

Azərbaycanda bir günün yol faciəsi: 3 ölü, 11 xəsarət

Hadisə Materials 31 İyul 2012 10:17 (UTC +04:00)
Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisələrdə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.
Azərbaycanda bir günün yol faciəsi: 3 ölü, 11 xəsarət

Azərbaycan, Bakı, 31 iyul / Trend müxbir K.Zərbalıyeva/

Azərbaycanın avtomobil yollarında ötən gün 13 yol qəzası qeydə alınıb.

Respublika Baş Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, hadisələrdə 3 nəfər ölüb, 11 nəfər xəsarət alıb.

Qəzaların 3-ü (3 xəsarət) Bakıda qeydə alınıb.

Ötən günün ən ağır yol qəzası Hacıqabul rayonunda baş verib. Hacıqabulda avtomobilin aşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər xəsarət alıb.

Xəbər lenti

Xəbər lenti