Azərbaycan, Bakı, 1 avqust /Trend müxbir K.Zərbalıyeva/
Bakıda 50 yaşlı kişini əqrəb sancıb.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Trend-ə verilən məlumata görə, iyulun 31-də Binəqədi rayonu, Xocahəsən qəsəbəsində 50 yaşlı kişini yaşadığı evin həyətində əqrəb sancıb.
Ona ilkin tibbi yardım göstərildikdən sonra Mərkəzi Klinik Xəstəxananın Toksikologiya şöbəsinə yerləşdirilib.