Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir A.Tağıyeva/
İlkin məlumatlara görə, Suriya hökumət qoşunlarının Dəməşq və Hələbin məhəllələrini atəşə tutması nəticəsində bu gün 56 nəfər ölüb. Bu barədə Trend çərşənbə axşamı "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Qeyd edək ki, dünən müxalifət tərəfinə keçdiyini bəyan edən Suriyanın keçmiş Baş naziri Riyad Fərid Hicab ilə birlikdə Əsəd hökumətinin daha iki naziri İordaniyaya qaçıb.