...

Azərbaycanda 4 nəfər suda boğulub

Hadisə Materials 18 Avqust 2012 13:57 (UTC +04:00)
Azərbaycanda 4 suda boğulma hadisəsi qeydə alınıb.
Azərbaycanda 4 nəfər suda boğulub

Azərbaycan, Bakı, 18 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda 4 suda boğulma hadisəsi qeydə alınıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, avqustun 16-da Binəqədi rayonunun Fatmayı kəndindəki dəniz çimərliyində Cəlilabad rayon sakini Famil İbrahimov çimərkən suda boğulub.

Avqustun 17-də isə daha 3 suda boğulma hadisəsi qeydı alınıb. Həmin gün Tovuz rayonunun Bozalqanlı kəndi ərazisindən keçən Tovuz çayında rayon sakini Abdulla Həsənov, Xaçmaz rayonunun Nabran kəndindəki dəniz çimərliyində rayon sakini Günəş Məlikov, Astara rayonunun Şahağacı kəndinin dəniz çimərliyində rayon sakini Nail Nəzərov çimərkən suda boğulublar.

Xəbər lenti

Xəbər lenti