...

Gəncə şəhəri ərazisində iki minik avtomobili toqquşub

Hadisə Materials 18 Avqust 2012 14:02 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, avtomobillər deformasiyaya uğrayıb, “VAZ” markalı avtomobildə olan sərnişin - 1985-ci il təvəllüdlü Sadıqov İmamverdi Cahangir oğlu vəfat edib
Gəncə şəhəri ərazisində iki minik avtomobili toqquşub

Azərbaycan, Bakı, 18 avqust /Trend/

Bakı-Qazax yolunun 370-ci km-də, Gəncə şəhəri ərazisində "VAZ" və "JEEP" markalı 2 minik avtomobili toqquşub.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəticədə, avtomobillər deformasiyaya uğrayıb, "VAZ" markalı avtomobildə olan sərnişin - 1985-ci il təvəllüdlü Sadıqov İmamverdi Cahangir oğlu vəfat edib.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə avtomobildə sıxılmış vəziyyətdə qalmış şəxsin cəsədini çıxarıb, aidiyyəti üzrə təhvil verib və hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, yaralıları hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb. Əməliyyat bu gecə saat 00:45-də başa çatıb.

Xəbər lenti

Xəbər lenti