...

Bakıda “Kamaz”la iki minik maşını toqquşub, xəsarət alanlar var

Hadisə Materials 19 Avqust 2012 06:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 avqust /Trend/

Şənbə günü axşam saatlarında Bakıda "Kamaz"la iki minik maşını toqquşub, nəticədə üç nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Binəqədi rayonunda "KAMAZ" markalı yük avtomobili ilə "LADA" markalı 2 minik avtomobili zəncirvari toqquşmuşdur. Nəticədə, hər üç nəqliyyat vasitəsi zədələnmiş, sürücülər xəsarət almışdır.

Hadisə şahidlərinin sözlərinə görə xəsarət almış sürücülrər Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən xəstəxanaya aparılmışdır. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görmüşlər. Əməliyyat saat 22:39-da başa çatmışdır.

Xəbər lenti

Xəbər lenti