...

Dağıstanda məscidin güllənməsi nəticəsində yaralanan azərbaycanlı vəfat edib

Hadisə Materials 20 Avqust 2012 18:48 (UTC +04:00)
Xasavyurt şəhərindəki məscidin güllələnməsi nəticəsində ağır yaralanan azərbaycanlı vəfat edib, digər yaralının vəziyyəti isə sabit ağır kimi qiymətləndirilir. Bu barədə RIA "Dağıstana" xəstəxanadan xəbər verilib.
Dağıstanda məscidin güllənməsi nəticəsində yaralanan azərbaycanlı vəfat edib

Азербайджан, Баку, 20 августа /Trend/

Xasavyurt şəhərindəki məscidin güllələnməsi nəticəsində ağır yaralanan azərbaycanlı vəfat edib, digər yaralının vəziyyəti isə sabit ağır kimi qiymətləndirilir. Bu barədə RIA "Dağıstana" yaralıların yerləşdiyi xəstəxanadan xəbər verilib.

İlkin məlumatlara görə vəfat edən həmyerlimiz Emin Cəfərovdu. Dağıstan Daxili İşlər Nazirliyindən Trend-ə heç bir məlumat verilməyib.

Avqustun 18-də saat 20.55 radələrində Dağıstan Respublikasının Xasavyurt şəhərinin Maqidov küçəsi, 107 saylı ünvanında yerləşən İmam Əli məscidinə iki naməlum şəxs girərək işəridə olanlara atəş açıblar.

Xəbər lenti

Xəbər lenti