...

Bakıda avtomobillə vurulan 73 yaşlı piyada xəstəxanada ölüb

Hadisə Materials 22 Avqust 2012 10:31 (UTC +04:00)
Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.
Bakıda avtomobillə vurulan 73 yaşlı piyada xəstəxanada ölüb

Azərbaycan, Bakı, 22 avqust /Trend müxbir K.Zərbalıyeva/

Bakıda bir neçə gün öncə avtomobillə vurulan 73 yaşlı piyada xəstəxanada ölüb.

Xətai Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, bir neçə gün öncə1989-cu il təvəllüdlü Telman Bayramov idarə etdiyi "Nissan Maxima" markalı avtomobillə yolu keçə 1939-cu il təvəllüdlü Güldəmir Cabbarovu vurub.

Piyada Kliniki Tibbi Mərkəzə yerləşdirilib. O, aldığı xəsarətlərdən avqustun 21-də xəstəxanada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti