...

Lənkəranda ağır yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Hadisə Materials 24 Avqust 2012 13:25 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Liman şəhərində “VAZ” və “Mercedess” markalı minik avtomobilləri toqquşub.
Lənkəranda ağır yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 24 avqust /Trend müxbir K.Zərbalıyeva/

Lənkəranda ağır yol qəzası olub, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Lənkəran rayonu, Liman şəhərində "VAZ" və "Mercedess" markalı minik avtomobilləri toqquşub.

Nəticədə hər iki avtomobil deformasiyaya uğrayıb. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə, xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış "Mercedess" markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış 1 nəfər sərnişini çıxararaq aidiyyəti üzrə təhvil verib, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə şahidlərinin bildirdiklərinə əsasən, qəza nəticəsində vəfat etmiş "VAZ" markalı minik avtomobilinin sürücüsü və 1 nəfər sərnişin hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən xəstəxanaya aparılıb.

Xəbər lenti

Xəbər lenti