...

Bakıda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb

Hadisə Materials 1 Sentyabr 2012 13:48 (UTC +04:00)
Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Əliyevin evində tiryəkxana təşkil etməsi müəyyən edilib.
Bakıda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb

Azərbaycan, Bakı, 1 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakıda keçmiş məhkumun evində tiryəkxana aşkarlanıb.

Trend-in şənbə günü Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Bəhruz Əliyevin evində tiryəkxana təşkil etməsi müəyyən edilib.

Evə baxış zamanı B.Əliyev, Vüqar Orucov və Sevinc Osmanova saxlanılıb. Bununla yanaşı, 3 ədəd şprisdə 0,053 qram, 0,58 qram, 0,67 qram heroin məhlulu, B.Əliyevdən 0,72 qram, O.Tağıyevdən isə 0,805 qram heroin aşkar edilərək götürülüb.

Xəbər lenti

Xəbər lenti