Azərbaycan, Bakı, 7 sentyabr /Trend/
Bakıda narkotik istifadəçiləri saxlanılıblar.
Trend-in Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 5-də Bakının Xəzər RPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Firuz Nəzərəliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Şamaxı rayon sakini Ramil Alıyev ilə birgə cari il may ayının 17-də Rüstəm Cabbarovun və avqustun 5-də Hicran Əsgərovun evlərindən oğurluq etmələri də müəyyən edilib.
Alıyev tutulub.
Sentyabrın 5-də Nəsimi RPİ 22-ci PB əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Səyyad Hətəmovun kirayədə yaşadığı mənzilə baxış zamanı 2 kiloqram 100 qram marixuana aşkar edilərək götürülüb.