...

Bakı yolunda faciə (VİDEO)

Hadisə Materials 14 Sentyabr 2012 14:22 (UTC +04:00)
Trend oxucularına iki piyadanın vurulması ilə bağlı yol qəzasının videogörüntüsünü təqdim edir. Əsəbləri zəif olanlara görüntüyə baxmamaq tövsiyə olunur.
Bakı yolunda faciə (VİDEO)

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

Trend oxucularına iki piyadanın vurulması ilə bağlı yol qəzasının videogörüntüsünü təqdim edir. Əsəbləri zəif olanlara görüntüyə baxmamaq tövsiyə olunur.

Bakıda hərəkətin fəal olduğu yolların birində avtomobil ana və uşağını vurub.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanda bu ilin 8 ayı nəticəsində baş vermiş yol qəzalarında 34 azyaşlı həlak olub, 159 nəfər isə xəsarət alıb.

Bu müddət ərzində Bakıda 705 yol-nəqliyyat hadisəsi zamanı 213 nəfər həlak olub, 783 nəfər xəsarət alıb.

Video Player
Xəbər lenti

Xəbər lenti