...

Qahirədəki ABŞ səfirliyinin yaxınlığında yeni toqquşmalar baş verir

Hadisə Materials 14 Sentyabr 2012 16:01 (UTC +04:00)
ABŞ-ın Qahirədəki səfirliyinin yaxınlığında cümə günü nümayişçilərlə polis arasında toqquşma baş verib.
Qahirədəki ABŞ səfirliyinin yaxınlığında yeni toqquşmalar baş verir

Azərbaycan, Bakı, 14 sentyabr /Trend/

ABŞ-ın Qahirədəki səfirliyinin yaxınlığında cümə günü nümayişçilərlə polis arasında toqquşma baş verib. Bu barədə Trend Frans-Press-ə istinadən məlumat verir.

Əllərində şüarlar yazılmış plakatlar olan yüzlərlə insan ABŞ-da çəkilmiş Məhəmməd Peyğəmbər haqqında filmin təhqiramiz olması ilə bağlı etirazlarını bildirmək üçün ABŞ-ın diplomatik nümayəndəliyinə gəliblər. Gənclərdən ibarət bir neçə qrup polislə qarşıdurmaya girərək onlara daş atmağa başlayıb. Buna cavab olaraq asayiş keşikçiləri onlara qarşı gözyaşardıcı qazdan istifadə ediblər. ABŞ səfirliyi yaxınlığındakı bütün küçələrə bu günlərdə baş verən toqquşmalarda istifadə olunan daşlar səpələnib. Yaralananlar və ya saxlanılanlar barədə operativ məlumat verilmir.

"Polisə qədər biz Obama tərəfindən hücuma məruz qalmışıq", - "Reuter" agentliyi etiraz aksiyasının iştirakçılarından birinin dediklərindən sitat gətirib.

İnternetə yerləşdirilmiş "Müsəlmanların günahsızlığı" filminin treyleri ərəb ölkələrində ABŞ səfirliklərinə hücumlara təhrik edib, buna görə də sentyabrın 11-də Liviyanın Benqazi şəhərində ABŞ səfiri Kristofer Stivens və daha üç əməkdaş həlak olub.

CNN telekanalının məlumatına görə, dünən Yaxın Şərq və Afrikanın onlarla ölkəsindəki ABŞ diplomatik nümayəndəlikləri qarşısında kütləvi etiraz aksiyaları baş verib. Nisbətən daha irimiqyaslı qarşıdurmalar Qahirədə və Sənada qeydə alınıb. Həmin iğtişaşlarda ən azı dörd nəfər həlak olub, yüzlərlə insan yaralanıb.

Cümə günü BMT-nin baş katibi Pan Gi Mun filmi müsəlmanlar üçün təhqiramiz və xüsusi olaraq nifrət hissini qıcıqlandırmaq üçün yaradılan, Yaxın Şərqdə kütləvi etiraz aksiyalarına və Liviyada ABŞ konsulluğuna hücuma təhrik edən film adlandırıb. Bu barədə beynəlxalq təşkilatın mətbuat xidmətinin məlumatında deyilir.

Xəbər lenti

Xəbər lenti