...

Bakıda iki ağır yol qəzası baş verib, ölənlər var

Hadisə Materials 17 Sentyabr 2012 10:37 (UTC +04:00)
Dünən Bakıda iki ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.
Bakıda iki ağır yol qəzası baş verib, ölənlər var

Azərbaycan, Bakı, 17 sentyabr / Trend, müxbir E.Mehdiyev/

Dünən Bakıda iki ağır yol qəzası baş verib, 3 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, sentyabrın 16-sı saat 05:30 radələrində Bakı-Mərdəkan yolunun Bülbülə qəsəbəsi ərazisində Bakı şəhər sakini Rövşən Nəcəfov idarə etdiyi "VAZ-2107" markalı avtomobillə Tərtər rayon sakini Fariz Vəliyevin idarə etdiyi "Şahema" markalı avtomobili vurub. Nəcəfov aldığı xəsarətlər nəticəsində hadisə yerində ölüb.

Digər ağır yol qəzası isə sentyabrın 15-i saat 21:00 radələrində Bakı-Mərdəkan yolunun Qala qəsəbəsi ərazisində baş verib.

Bakı şəhər sakini Nadir Ağalarovun idarə etdiyi "Mercedes" markalı qoşqulu yük avtomobili ilə Astara rayon sakini Şahin Teymurovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil toqquşub. Nəticədə Teymurov hadisə yerində, sərnişini Aqil Talıbov isə 3 saylı xəstəxanada ölüb. Digər sərnişinlər - Teymurovun əkiz qardaşı Şahin və Cəfərqulu Mirzəyev xəstəxanaya yerləşdiriliblər.

Xəbər lenti

Xəbər lenti