...

Bakıda Azərbaycan Ordusunun hərbi qulluqçuları yol qəzasına düşüblər

Hadisə Materials 18 Sentyabr 2012 11:39 (UTC +04:00)
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəza Şəfahət Mehdiyev küçəsində baş verib.
Bakıda Azərbaycan Ordusunun hərbi qulluqçuları yol qəzasına düşüblər

Azərbaycan, Bakı, 18 sentyabr /Trend/

Bakıda Azərbaycan Ordusunun hərbi qulluqçuları yol qəzasına düşüblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Trend-ə verilən məlumata görə, qəza Şəfahət Mehdiyev küçəsində baş verib.

Müdafiə Nazirliyinin Bakıda yerləşən "N" saylı hərbi hissəsinə məxsus "UAZ" markalı maşın obyektlərin mühafizəsini dəyişmək məqsədilə hərəkətdə olarkən Elçin Qəmbərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub.

Qəzaya "Mercedes"in işıqforun qırmızı işığında keçməsi səbəb olub.

Hərbi qulluqçulardan bir neçəsi xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Müdafiə Nazirliyindən Trend-ə faktı təsdiqləyiblər.

Xəbər lenti

Xəbər lenti