...

Masallıda ağır yol qəzası baş verib, 4 nəfər ölüb

Hadisə Materials 22 Sentyabr 2012 13:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 sentyabr /Trend/

Sentyabrın 22-də saat 00:30 radələrində Masallı rayonunun Ərkivan qəsəbəsi ərazisində, qəsəbə sakini Manaf Tağıyevin idarə etdiyi "VAZ-2107" və rayon sakini Samir İbadovun idarə etdiyi "VAZ-21015" markalı avtomaşınlar toqquşub.

Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, nəticədə Tağıyev və sərnişinlərindən qəsəbə sakinləri Vüsal Ramazanov, Amil Rəhimov, habelə İbadovun sərnişinlərindən Naib Əliyev hadisə yerində ölüb, xəsarət almış digərləri isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri orta-ağırdır.

Xəbər lenti

Xəbər lenti