...

Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub

Hadisə Materials 25 Sentyabr 2012 11:18 (UTC +04:00)
Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nurlan Əmiraslanov sentyabrın 24-də yaxalanıb.
Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub

Azərbaycan, Bakı,25 sentyabr /Trend müxbir K.Zərbalıyeva/

Bakıda mənzillərdən oğurluq edən şəxs tutulub.

Bakı şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 30-cu polis bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini Nurlan Əmiraslanov sentyabrın 24-də yaxalanıb.

Məlum olub ki, o, mayın 13-dən 14-dək olan müddətdə Ə.Vahid küçəsində yaşayan Elnur Rəhimlinin evindən pəncərənin dəmir barmaqlıqlarını sındırma yolu ilə 5000 ABŞ dolları, 2300 manat, iyunun 9-da Binə qəsəbəsinda yaşayan Nasir Əzizovun evindən pəncərədən keçmə yolu ilə 1260 manat və iyulun 5-də isə Məkurə Yasinovanın mənzilindən pəncərədən daxil olma yolu ilə 2500 manat, qızıl-zinət əşyaları oğurlayıb.

Xəbər lenti

Xəbər lenti