...

Sərhəddən Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Hadisə Materials 27 Sentyabr 2012 16:46 (UTC +04:00)
Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-nəzarət məntəqəsinin əməkdaşlarının əməliyyat məlumatı əsasında, Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Bəxtiyar Nəcəfovun idarə etdiyi "MAN" markalı yük avtomobilinə birgə baxış keçirilib.
Sərhəddən Azərbaycana narkotik vasitə keçirilməsinin qarşısı alınıb

Azərbaycan, Bakı, 27 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Naxçıvandan gizli yolla sərhəddən narkotik vasitə keçirilməsinin qarşısı alınıb.

Trend-in Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Dövlət Sərhəd Xidmətinin Biləsuvar sərhəd-nəzarət məntəqəsinin əməkdaşlarının əməliyyat məlumatı əsasında, Biləsuvar Gömrük İdarəsinin "Qoşatəpə" gömrük postunda Naxçıvan Muxtar Respublikasından İran ərazisindən tranzit keçməklə Azərbaycana gələn Bəxtiyar Nəcəfovun idarə etdiyi "MAN" markalı yük avtomobilinə birgə baxış keçirilib.

Baxış zamanı avtomobilin qoşqusunun alt tərəfindən, aşkarlanmasını çətinləşdirən üsuldan istifadə etməklə gömrük nəzarətindən gizlədilmiş 1 ədəd bükümdə, çəkisi 59,80 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Xəbər lenti

Xəbər lenti