...

Tovuzda yük qatarı ilə minik avtomobili toqquşub

Hadisə Materials 29 Sentyabr 2012 12:51 (UTC +04:00)
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-na keçən gecə Tovuz rayonu, Aşağı Quşçu kəndində Qazax-Bakı dəmiryolunun 117-ci kilometrliyində vətəndaşa məxsus “VAZ” markalı minik avtomobilinin texniki nasazlıq səbəbindən Qazax-Bakı istiqaməti ilə hərəkət edən yük qatarının yolunda qalması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib
Tovuzda yük qatarı ilə minik avtomobili toqquşub

Azərbaycan, Bakı, 29 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/

Tovuzda yük qatarı ilə minik avtomobili toqquşub.

Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, sentyabrın 29-na keçən gecə Tovuz rayonu, Aşağı Quşçu kəndində Qazax-Bakı dəmiryolunun 117-ci kilometrliyində vətəndaşa məxsus "VAZ" markalı minik avtomobilinin texniki nasazlıq səbəbindən Qazax-Bakı istiqaməti ilə hərəkət edən yük qatarının yolunda qalması nəticəsində yanğınla nəticələnən yol-qəza hadisəsi baş verib.

Nəticədə, avtomobilin yanar hissələri yanıb, xəsarət alan olmayıb. Qatar yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti