...

Kürdəmirdə polis əməkdaşına xəsarət yetirən şəxs saxlanılıb

Hadisə Materials 5 Oktyabr 2012 14:30 (UTC +04:00)
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-nə keçən gecə saat 01.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində sərxoş vəziyyətdə olan naməlum şəxsin asayişi pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.
Kürdəmirdə polis əməkdaşına xəsarət yetirən şəxs saxlanılıb

Azərbaycan, Bakı, 5 oktyabr /Trend, müxbir K.Zərbalıyeva/

Kürdəmirdə polis əməkdaşına xəsarət yetirilib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, oktyabrın 5-nə keçən gecə saat 01.00 radələrində Kürdəmir rayonunun Atakişili kəndində sərxoş vəziyyətdə olan naməlum şəxsin asayişi pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli xuliqanlıq hərəkətlərinə yol verməsi barədə rayon Polis Şöbəsinə məlumat daxil olub.

Hadisə yerinə göndərilmiş sahə müvəkkili, polis kapitanı Zaman Qasımovun və polis serjantı Aqşin Zülfüqarovun qarşısına qəflətən çıxan həmin şəxs bıçaqla Aqşin Zülfüqarova sinə və ayaq nahiyələrindən xəsarətlər yetirib, lakin çeviklik və sayıqlıq göstərən polis kapitanı tərəfindən tərksilah edilərək zərərsizləşdirilib.

İlkin araşdırmalarla həmin şəxsin Bərdə rayon sakini Fəxri Quliyev olması müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğu tərəfindən cinayət işi başlanılaraq istintaq aparılır.

Xəbər lenti

Xəbər lenti