Azərbaycan, Bakı, 6 oktyabr /Trend, müxbir T.Cəfərov/
İranın Şərqi Azərbaycan əyalətinin İlıxçı şəhərində kütləvi zəhərlənmə baş verib. Belə ki, Həcc ziyarətinə gedən bir şəxsin evində qonaqlara paylanan ehsanı yeyən 400 nəfər zəhərlənib və xəstəxanaya yerləşdirilib. Trend-in məlumatına görə, bu barədə FARS agentliyi xəbər verir.
Məlumata əsasən, zəhərlənmiş şəxslər İlıxçı və Osku şəhər xəstəxnalarına yerləşdirilib.
Zəhərlənməyə səbəb kimi yeməyin keyfiyyətsiz olması göstərilib.
İranın Şərqi Azərbaycan əyalətində kütləvi zəhərlənmə baş verib
İranın Şərqi Azərbaycan əyalətinin İlıxçı şəhərində kütləvi zəhərlənmə baş verib.
