...

İstanbul-Pekin reysini həyata keçirən təyyarə təcili eniş edib

Hadisə Materials 9 Oktyabr 2012 13:40 (UTC +04:00)
İstanbul-Pekin reysini həyata keçirən Çinin "China Southern" aviaşirkətinin təyyarəsi Qansu şəhərində təcili eniş edib.
İstanbul-Pekin reysini həyata keçirən təyyarə təcili eniş edib

Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir A.Tağıyeva/

İstanbul-Pekin reysini həyata keçirən Çinin "China Southern" aviaşirkətinin təyyarəsi Qansu şəhərində təcili eniş edib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən məlumat verir.

Məlumata görə, təyyarənin göyərtəsində 196 nəfər olub.

Təcilə enişə səbəb göyərtədə terror təhlükəsi haqqında məlumatdan sonra sərnişinlər arasında yaranan çaxnaşma olub. Enişdən sonra təyyarənin sərnişinləri və yükü Qansu aeroportunda əlavə yoxlamadan keçirilib. Terror aktı təhlükəsinin olmadığı müəyyən edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti