...

İranda avtobus qəzaya uğrayıb, 26 şagird həlak olub

Hadisə Materials 20 Oktyabr 2012 10:30 (UTC +04:00)
İranın Xuzistan əyalətindən Çaharmahal və Bəxtiyari əyalətinin Brucen (Borujen) şəhərinə gedən avtobus qəzaya uğrayıb.
İranda avtobus qəzaya uğrayıb, 26 şagird həlak olub

Azərbaycan, Bakı, 20 oktyabr /Trend, müxbir T.Cəfərov/

İranın Xuzistan əyalətindən Çaharmahal və Bəxtiyari əyalətinin Brucen (Borujen) şəhərinə gedən avtobus qəzaya uğrayıb.

Trend "Mehr" agentliyinə istinadən məlumat verir ki, içərisində məktəbli qızlar olan avtobusun aşması nəticəsində 26 şagird həlak olub, 18-i yaralanıb.

Brucen icra başçısı Fəttah Kərəmi deyib ki, yaralı məktəblilərdən 4-ü Şəhr Kürd xəstəxanasına, 14-ü isə Əhvaz şəhər xəstəxanasına yerləşdirilib.

Onların vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti