Azərbaycan, Bakı, 26 oktyabr /Trend/
Oktyabrın 26-na keçən gecə Qazaxda yük avtomobili ilə sərnişin avtobusu toqquşub, xəsarət alanlar var.
Trend-in FHN-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, Qazax şəhəri H.Əliyev prospektində vətəndaşlara məxsus "Skaniya" markalı yük avtomobili ilə "Mercedes-Vita" markalı mikroavtobusun toqquşması nəticəsində yol qəza hadisəsi baş verib.
Nəticədə "Mercedes-Vita" markalı mikroavtobusda olan iki sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən kəsici alətlərdən istifadə olunmaqla avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.