...

Türkiyədə yol qəzasında 28 nəfər xəsarət alıb

Hadisə Materials 1 Noyabr 2012 10:58 (UTC +04:00)
Türkiyənin Adana vilayətində iki mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası baş verib.
Türkiyədə yol qəzasında 28 nəfər xəsarət alıb

Azərbaycan, Bakı, 1 noyabr / Trend , müxbir A.Tağıyeva /

Türkiyənin Adana vilayətində iki mikroavtobusun toqquşması nəticəsində ağır yol qəzası baş verib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Yeni Safak" qəzeti xəbər verib.

Qəza nəticəsində 28 nəfər xəsarət alıb.

Onlardan beş nəfərinin vəziyyəti son dərəcə ağırdır.

Yaralılar yaxınlıqdakı xəstəxanalara çatdırılıblar. Qəzanın səbəbləri araşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti