"Sendi" qasırğasından sonra 4,6 milyon istehlakçı hələ də işıqsız qalıb

Hadisə Xəbər 1 Noyabr 2012 20:49 (UTC +04:00)

Azərbaycan, Bakı, 1 noyabr /Trend/

ABŞ-ın şərq sahillərini bürüyən "Sendi" qasırğası səbəbindən ölkədə 4,65 milyondan çox istehlakçı elektrik enerjisiz qalıb. Trend-in məlumata görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi xəbər verib.

Son məlumatlara görə, qasırğanın qurbanlarının sayı 80 nəfəri ötüb. Belə ki, Nyu-York ştatında ümumilikdə 42 nəfər, Nyu-Cersidə 12 nəfər, Merilenddə isə 9 nəfər dünyasını dəyişib.

"Sendi" qasırğası səbəbindən 15 minə yaxın aviareys ləğv edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti