...

Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-2) (FOTO)(VİDEO)

Hadisə Materials 2 Noyabr 2012 14:54 (UTC +04:00)
Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu barədə Trend-in hadisə yerində olan müxbiri xəbər verir.
Bakıda iki sərnişin avtobusu toqquşub, xəsarət alanlar var (ƏLAVƏ OLUNUB-2) (FOTO)(VİDEO)

Azərbaycan, Bakı, 2 noyabr /Trend, müxbir K.Zərbalıyeva/

Bakının Sabunçu rayonunda yol qəzası baş verib. Bu barədə Trend-in hadisə yerində olan müxbiri xəbər verir.

Məlumata görə, Zabrat qəsəbəsində, Balaxanı yolunda iki sərnişin avtobusu toqquşub.

Qəza nəticəsində yolda tıxac yaranıb.

Sabunçu Rayon Polis İdarəsindən Trend-ə verilən məlumata görə, hadisə zamanı ölən olmayıb, 3 nəfər yüngül xəsarət alıb.

Avtobuslardan biri 198 saylı marşrut avtobusu olub.

Şahidlərin bildirdiyinə görə, qəza nəticəsində ümumilikdə 7 nəfər xəsarət alıb. Onlardan üçü şəxsi avtomobillərlə xəstəxanaya aparılıb.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mürsəl Həmidov isə Trend-ə bildirib ki, hadisə yerinə gələn təcili yardım briqadaları 4 nəfəri 3 saylı Sabunçu rayon xəstəxanasına yerləşdiriblər. Xəsarət alanlar sınıq və daxili orqanların küt zədələri ilə xəstəxanaya yerləşdiriliblər.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, bu görüntülər "Təhlükəsiz Şəhər" sisteminin kameraları vasitəsilə qeydə alınıb.

Video Player
Məqalədə:
Xəbər lenti

Xəbər lenti