...

Məkkədə güclü partlayış baş verib

Hadisə Materials 5 Noyabr 2012 10:13 (UTC +04:00)
Bu gecə Məkkədəki (Səudiyyə Ərəbistanı) hotellərdən birində güclü partlayış baş verib.
Məkkədə güclü partlayış baş verib

Azərbaycan, Bakı, 5 noyabr /Trend, müxbir A.Tağıyeva /

Bu gecə Məkkədəki (Səudiyyə Ərəbistanı) hotellərdən birində güclü partlayış baş verib. Patlayışdan sonra yanğın başlayıb. Trend-in məlumatına görə, bu barədə yerli "Mübaşir" qəzeti xəbər verir.

Hadisə yerinə təcili yardım maşınları və 15-dən artıq yanğınsöndürən maşın göndərilib.

Ölən və ya yaralananlar barədə hələlik məlumat yoxdur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti