...

Maştağa yolunda avtobus minik maşını ilə toqquşub, 3 nəfər ölüb

Hadisə Materials 9 Noyabr 2012 17:09 (UTC +04:00)
Bakının Sabunçu rayonunda Maştağa yolunda 107 saylı marşrut üzrə hərəkət edən avtobus "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub.
Maştağa yolunda avtobus minik maşını ilə toqquşub, 3 nəfər ölüb

Azərbaycan, Bakı, 9 noyabr /Trend, müxbir M.Əliyev/

Bu gün saat 15:00 radələrində Bakının Sabunçu rayonunda Maştağa yolunda 107 saylı marşrut üzrə hərəkət edən avtobus "VAZ 21011" markalı minik avtomobili ilə toqquşub.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov Trend-ə bildirib ki, növbətçi hissəyə daxil olan məlumata görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü və sərnişinləri, ümumilikdə 2 kişi və bir qadın dünyasını dəyişib.

Hadisə ilə bağlı Sabunçu rayon Polis İdarəsi tərəfindən istintaq aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti