Azərbaycan, Bakı, 10 noyabr /Trend/
Terrorçu Kürd Fəhlə Partiyasının (PKK) silahlıları Türkiyənin Mardin əyalətində üç müəllimi oğurlayıblar. Bu barədə Trend şənbə günü Türkiyə KİV-ə istinadən məlumat verir.
Məlumata görə, oğurlanan müəllimlərin adları Yener Özoğuz, Mehmet Noyan və Yunus Aykutdur. Özoğuz məktəb direktorudur.
Terrorçular hücumdan sonra gizləniblər, hazırda onların axtarışı davam edir.