Azərbaycan, Bakı, 10 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
ANAMA-nın Ağstafa rayonu ərazisindəki şöbəsində yanğın olub.
Trend-in Fövqəladə Hallar nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Ağstafa rayonu, Ağgöl kəndində Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Agentliyə (ANAMA) məxsus Ərazilərin minalardan təmizlənməsi üzrə bərpa agentliyinin ümumi sahəsi 24 kvadratmetr olan vaqon tipli otağının yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı 7 ədəd vaqon tipli otaqlar yanğından mühafizə olunub.