...

Yerevan-İstanbul avtobusu qəzaya uğrayıb: bir ölü, 23 yaralı

Hadisə Materials 10 Noyabr 2012 17:39 (UTC +04:00)
Şənbə günü Gürcüstan sərhədinə aparan şosedə "Yerevan-İstanbul" avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb.
Yerevan-İstanbul avtobusu qəzaya uğrayıb: bir ölü, 23 yaralı

Azərbaycan, Bakı, 10 noyabr /Trend/

Şənbə günü Gürcüstan sərhədinə aparan şosedə "Yerevan-İstanbul" avtobusunun qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 23 nəfər isə xəsarət alıb. Bu barədə Trend şənbə günü Ermənistan KİV-ə istinadən məlumat verir.

"Noyabrın 10-da Ermənistan Fövqəladə Hallar Nazirliyinə daxil olan məlumata görə, Şirak vilayətinin Kazançi kəndi yaxınlığında avtobus yoldan çıxaraq aşıb. Hadisə yerinə bir hərbi briqada və yerli xilasetmə dəstələrinin əməkdaşları yollanıblar", - Ermənistan FHN-in məlumatında deyilir.

Məlum olub ki, Yerevandan İstanbula istiqamət alan avtobus Yerevan-Bavra avtomobil yolunun 166-cı kilometrində yoldan çıxaraq böyrü üstə aşıb.

Hadisənin təfərrüatları aydınlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti