Azərbaycan, Bakı, 13 noyabr /Trend, müxbir K.Zərbalıyeva/
Bakıda 17 yaşlı yeniyetmə hamamda çimərkən ölüb.
Sabunçu rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, Zabrat qəsəbəsi, 34 saylı evdə yaşayan 1995-ci il təvəllüdlü Lalə Əsədovanın meyiti hamamda tapılıb.
Onun dəm qazından öldüyü ehtimal olunur.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.