...

Şabranda yaşayış evində partlayış baş verib, xəsarət alanlar var

Hadisə Materials 19 Noyabr 2012 09:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr /Trend, müxbir E.Mehdiyev/

Şabranda yaşayış evində partlayış baş verib, xəsarət alanlar var.

Trend-in FHN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Şabran şəhərində vətəndaşa məxsus ümumi sahəsi 108 kv.m olan birmərtəbəli ikiotaqlı evin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

Nəticədə mətbəxdə əşyalar 9 kv.m sahədə yanıb, evin əsas divarları, arakəsmə divarları və dam örtüyü uçub, ev sahibi və iki övladı müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar xəstəxanaya aparılıb. Yanğın saat 07:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

İlkin ehtimala görə, partlayışa məişət qazının sızması səbəb olmuşdur. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti