...

Bakının Yasamal rayonunda mənzildə meyit tapılıb

Hadisə Materials 1 Dekabr 2012 20:07 (UTC +04:00)
Bakının Yasamal rayonunda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumata verilib.
Bakının Yasamal rayonunda mənzildə meyit tapılıb

Azərbaycan, Bakı, 1 dekabr /Trend/

Bakının Yasamal rayonunda mənzildə meyit tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumata verilib.

Məlumata görə, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda mənzildə bağlı qapı arxasında 1937-ci il təvəllüdlü Nəcəfov Fuad Süleyman oğlunun köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, həmin şəxs giriş qapısının dəfələrlə döyülməsinə və çoxsaylı telefon zənglərinə reaksiya vermir. Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsinin eyvanından qalxaraq mənzilə daxil olublar. Mənzilə baxış keçirilərkən zərərçəkmiş vanna otağında hərəkətsiz vəziyyətdə aşkarlanıb. Hadisə yerinə çağırılmış Təcili Tibbi Yardım Stansiyasının həkimləri tərəfindən aparılmış ilkin müayinə zamanı Nəcəfovun vəfat etdiyi müəyyən edilib. Xilasedicilər cəsədi aidiyyəti üzrə təhvil veriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti