...

Gürcüstan DİN İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşlarını saxlayıb

Hadisə Materials 3 Dekabr 2012 17:29 (UTC +04:00)
Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) noyabr ayında İnterpol xətti ilə beynəlxalq axtarışda olan 4 vətəndaşı ölkə ərazisində saxlayıb.
Gürcüstan DİN İnterpol xətti ilə axtarışda olan Azərbaycan vətəndaşlarını saxlayıb

Gürcüstan, Tbilisi, 3 dekabr /Trend, müxbir N.Kirsxaliya/

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) noyabr ayında İnterpol xətti ilə beynəlxalq axtarışda olan 4 vətəndaşı ölkə ərazisində saxlayıb.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, saxlanılanlar arasında iki Azərbaycan vətəndaşı da var.

Məlumata görə, noyabrın 29-da Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü" sərhəd-keçid məntəqəsində Azərbaycan vətəndaşı Əlihman Mansurov saxlanılıb. Mansurov oğurluq və sağlamlığa xəsarət yetirməyə görə İnterpolun Almaniya bürosu tərəfindən axtarışda olub. Onun saxlanması barədə məlumat İnterpolun Almaniyadakı bürosuna çatdırılacaq və hazırda ekstradisiya proseduru həyata keçirilir.

2012-ci il avqustun 14-dən trafikinq ilə əlaqədar beynəlxalq axtarışda olan digər Azərbaycan vətəndaşı Zemfira İsmayılova isə bu ilin noyabr ayının 6-da Gürcüstan-Türkiyə sərhədindəki nəzarət-keçid məntəqəsində saxlanılıb və artıq Azərbaycana ekstradisiya edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti