...

Xəzərdə itkin düşmüş balıqçılar tapıldı

Hadisə Materials 3 Dekabr 2012 19:13 (UTC +04:00)
Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 nəfər balıqçının yeri müəyyən olunub.
Xəzərdə itkin düşmüş balıqçılar tapıldı

Azərbaycan, Bakı, 3 dekabr /Trend/

Xəzərdə itkin düşmüş balıqçılar tapılıb.

Trend-in Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dekabrın 2-də səhər saatlarında Bakı şəhəri, Xəzər rayonu, Pirallahı qəsəbəsi ərazisindən balıq tutmaq məqsədilə mühərrikli qayıqla dənizə çıxmış və geri qayıtmamış 4 nəfər balıqçının yeri müəyyən olunub.

Balıqçılardan biri xilas edilərək FHN-in Aviasiya dəstəsinin helikopterinin göyərtəsinə qaldırılıb. Digər 3 balıqçı helikopterə qalxmaqdan imtina edib. Məlum olub ki, qayıq yanacaq bitdiyi üçün dənizdə qalıb.

Hazırda dənizdə qalmış qayığa yanacağın çatdırılması istiqamətində işlər görülür. Vəziyyət nəzarətdə saxlanılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti